SİYASƏT


Sübhan Bəkirov: Spekulyativ xarakterli məlumat yayanlar Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq istəyənlərdir

Bakı, 19 sentyabr, AZƏRTAC

Sosial şəbəkələrdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanının türkiyəli əlaqələndirici zabit, 1-ci dərəcəli kapitan Eren Günayın guya HDQ-nin qərargahına buraxılmaması və xidməti avtomobilinə icazə verilməməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur. Belə məlumatlar spekulyativ xarakter daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov deyib.

S.Bəkirov bildirib ki, 1-ci dərəcəli kapitan E.Günay hazırda xidmətdədir və biz birlikdə yüksək səviyyədə qarşılıqlı fəaliyyət göstəririk. Bu kimi xəbərləri yayanlar Azərbaycan və Türkiyə münasibətlərinə kölgə salmaq məqsədi güdən bədniyyətli şəxslərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.