MƏDƏNİYYƏT


“Şücaətli Azərbaycan ordusunun uğurları” layihəsi əsasında yeni videoçarxlar hazırlanıb

Bakı, 13 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan Ordusunun müzəffər əsgərlərinin uğurlarını videoçarxlar şəklində təqdim etməyə davam edir.

İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxana “Şücaətli Azərbaycan Ordusunun uğurları” adlı layihə əsasında iki yeni videoçarx hazırlayıb.

Videoçarxda Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqlarımız siyahı şəklində verilir. Həmçinin qeyd edilən kəndlərin tarixi, toponimikası və iqtisadiyyatı ilə bağlı informasiyalar da yer alır.

Videoçarxlar “Can Azərbaycan” mahnısı ilə müşayiət olunub. Mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, “Azərbaycan” mahnısı isə Xalq artisti Zülfiyyə Xanbabayeva tərəfindən səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.