Bakı, 22 sentyabr, AZƏRTAC
2021-ci ilin yanvar-avqust aylarında 5887 ton süd idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal edilən südün dəyəri 8,3 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə 11,6 milyon dollarlıq 6863 ton süd idxal edilib.