CƏMİYYƏT
Süd yağları sağlamlığı möhkəmləndirir
Bakı, 18 aprel, AZƏRTAC
Tədqiqatçıların fikrincə, kərə yağı və yağlı süd məhsullarının tərkibində sağlamlığımızın məhkəmləndirilməsinə köməklik edən əvəzolunmaz yağ turşusu var.
Bu gün bir çox alimlər hesab edirlər ki, kərə yağı haqqında uzun illər ədalətsiz olaraq həqiqətə uyğun olmayan fikirlər söylənilib. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, onların sözlərinə görə, kərə yağı və süd yağı əvvəllər hesab edildiyindən sağlamlıq üçün daha faydalı məhsullardır.
Kərə yağı ürək üçün zərərlidirmi? Mənbəyi təbii süd məhsulları olan yağın adekvat istehlakı piylənmə və ya ürək-damar xəstəlikləri riskini artırmır. Bu qənaətə mövzu ilə bağlı 16 elmi işin məlumatı təhlil olunmuş tədqiqatın keçirilməsi nəticəsində gəlinib. Onlardan 11-i hətta süd yağının çəkiyə müsbət təsirini nümayiş etdirib.
Kərə yağına C15:0 turşusu daxildir. San-Dieqodakı Milli Dəniz Məməliləri Fondunun süd yağlarının xüsusiyyətlərinin tədqiqatçısı Stefani Venn-Votson qeyd edir ki, kərə yağı və ona yaxın məhsulların faydası əsasən onlarda C15:0 pentadekan turşusunun mövcudluğu ilə əlaqədardır. Alimlər uzun müddətdir onu tədqiq edirlər və hesab edirlər ki, bir sıra sağlamlıq faydaları bu doymuş yağlı turşunun istehlakı ilə əlaqələndirilir.
“Kərə yağı və süd yağının tərkibində olan C15:0 turşusunun ürək-damar xəstəlikləri riskini azalda biləcəyi, 2 növ şəkərli diabetdən müdafiə etdiyi, uşaqlarda qaraciyər piylənməsinə mane olduğu barədə məlumatlar var”, - deyə Stefani Venn-Votson bildirir.
İnsanlar az miqdarda yaxşı yağ istehlak edirlər. Ekspertin fikrincə, müasir insanlar doymuş variantlar da daxil olmaqla, həddindən artıq az miqdarda keyfiyyətli yağları istehlak edirlər. Bu gün sağlam qidalanmanın baza prinsiplərindən biri doymamış yağlara istiqamətlənmə hesab olunur – onları daha üstün tutulan və sağlamlıq üçün vacib olanı kimi qəbul etmək məsləhət görürlər. Nəticə olaraq, süd yağının da aid olduğu heyvan mənşəli doymuş yağların istehlak edilməsi son bir neçə il ərzində nəzərəçarpacaq dərəcədə azalıb. Doktor Stefani Venn-Votson bu tendensiyanı yanlış hesab edir, çünki doymuş yağ orqanizmə mühüm qida maddələrinin həll edilməsini təmin edir və onun toxluğu hissetmə qabiliyyətinə təsir göstərir. Alim qeyd edir ki, doymuş yağların istehlakının azaldılması piylənmə, 2 növ şəkərli diabet, qeyri-alkoqollu qaraciyər xəstəliyinin artması ilə əlaqələndirilir.
“Siz süd yağı və kərə yağı ilə bağlı qorxunuzu bir kənara qoymalısınız. Kifayət qədər çox miqdarda C15:0 yağlı turşusu istehlak edən insanlarda daha yaxşı yuxu keyfiyyəti və həddindən artıq çox yeməklə daha az problem qeyd olunur. Lakin yağlı süd məhsullarının keyfiyyətli və təbii olması da çox vacibdir”, - deyə ekspert vurğulayıb.