Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Əlamətdar milli bayramınız – Respublika Günü münasibətilə Sizi, ailənizi və Sizin simanızda bütün Azərbaycan xalqını və dövlətini Sudan Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz və xalqlarımız arasındakı mövcud ikitərəfli əlaqələrdən məmnunluq hissi keçirdiyimi bildirir, aramızda olan qardaşlıq və sülh münasibətlərinin getdikcə daha da güclənəcəyinə əmin olduğumu bildirməkdən şərəf duyuram.

Zati-aliləri, xahiş edirəm ən yüksək hörmət və ehtiramımı qəbul edin.

Hörmətlə,

 

Ömər Həsən Əhməd əl-Bəşir

Sudan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin