REGİONLAR


Sudan səfiri: Naxçıvan tarix, mədəniyyət və turizm baxımından İslam dünyasında əhəmiyyətli məkandır

Naxçıvan, 25 iyun, AZƏRTAC

Biz Azərbaycana hərtərəfli inkişaf edən İslam ölkəsi kimi baxırıq. Belə ki, Azərbaycan İslam mədəniyyətinə tarixboyu çox böyük töhfələr verib. Azərbaycanın gözəl guşəsi olan Naxçıvan da tarix, mədəniyyət və turizm baxımından İslam dünyasında əhəmiyyətli məkandır.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirinin iştirakçısı olan Sudan Respublikasının Azərbaycandakı səfiri Abbas Mustafa Əhməd Abdallay deyib.

“Mənim üçün belə bir tədbirdə iştirak etmək böyük bir şərəf idi. Çünki bu, mühüm əhəmiyyətə malik bir hadisədir. Naxçıvanı, onun sahib olduğu mədəniyyəti yaxından tanımaq fürsəti əldə etdiyim üçün çox şadam” - deyən səfir vurğulayıb ki, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi Azərbaycanın islami dəyərlərə malik, dünyəvi dəyərlərə bağlı tolerant ölkə olması ilə əlaqədardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.