DÜNYA


Sudanda etiraz aksiyaları intensivləşib

Bakı, 11 yanvar, AZƏRTAC

Sudanın paytaxtı Hartumda və şimali Kurdufan əyalətinin Bara şəhərində etiraz aksiyaları keçirilir.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu gün paytaxt Hartumda cümə namazından sonra hökumətə etiraz edən əhali küçələrə çıxıb.

Hökumət əleyhinə şüarlar səsləndirən aksiya iştirakçıları bir neçə gün əvvəl iğtişaşda ölən insanların xatirəsinə yürüş keçirəcəklərini bildiriblər.

Aksiyanı dayandırmağa çalışan polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Aksiya iştirakçılarının bəziləri polis tərəfindən saxlanılıb.

Ölkədə müxalifət hesab olunan Ümmət və Sudan Konqresi partiyaları aksiyanın davam edəcəyini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.