DÜNYA


Sudanda hərbi şura və müxalifət üç illik keçid dövrü barədə razılığa gəlib

Bakı, 15 may, AZƏRTAC

Sudan hərbi şurası və “Azadlıq və dəyişiklik uğrunda” alyansın nümayəndələri ölkədə üç illik keçid dövrünün müəyyən edilməsi barədə razılığa gəlib.

AZƏRTAC xəbər verir ki, Al Arabiya telekanalının yaydığı məlumata görə, ölkənin hərbi hakimiyyəti, eyni zamanda, 300 nəfərdən ibarət qanunverici şuranın yaradılmasına dair müxalifətlə saziş əldə edildiyini bildirib. Hərbçilər yaxın 24 saat ərzində alyansla sazişi tam rəsmiləşdirəcək.

Xatırladaq ki, aprelin 11-də ölkədə hərbi çevriliş edən Sudan ordusu dövlət başçısı Ömər əl-Bəşiri hakimiyyətdən uzaqlaşdırıb və ölkədə müvəqqəti hərbi şura qurub.

2011-ci ildə qüvvəyə minən Amerika sanksiyalarından və Cənubi Sudanın ayrılmasından sonra ölkədə dərin iqtisadi böhran hökm sürür. 2018-ci il dekabrın ortalarından başlayaraq çörəyin qiymətinin ucuzlaşması tələbi ilə keçirilən xalq etirazlarında sonradan 30 ilə yaxın ölkəyə rəhbərlik edən Ömər əl-Bəşirin siyasi rejiminin dəyişdirilməsi tələbi irəli sürülüb. Bir neçə ay davam edən etirazlar və toqquşmalar nəticəsində 60-a yaxın insan həlak olub, yüzlərlə insan yaralanıb, bir neçə min nəfər isə həbs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.