DÜNYA


Sudanda toqquşmalar nəticəsində ölən dinc sakinlərin sayı 860 nəfəri ötüb

Sudanda toqquşmalar nəticəsində ölən dinc sakinlərin sayı 860 nəfəri ötüb

Bakı, 22 may, AZƏRTAC

Sudan ordusu ilə çevik reaksiya qüvvələri arasında davam edən döyüşlər indiyə qədər azı 863 dinc sakinin həyatına son qoyub, 3 min 500-dən çox insan isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Sudan həkimlərinin həmkarlar ittifaqı məlumat yayıb. KİV-in iddialarına görə, ölən və yaralananların dəqiq sayı bundan xeyli çox ola bilər. Belə ki, həmkarlar ittifaqının nümayəndələri xüsusən paytaxtdan kənarda yerləşən xəstəxanaların çoxuna gedə və insan itkiləri ilə bağlı bütün məlumatları toplaya bilmir.

Al-Hadath telekanalının məlumatına görə, bu gün səhər saatlarında Sudan silahlı qüvvələri xüsusi təyinatlıların paytaxtdakı bazalarına bir neçə hava zərbəsi endirib. Xartumda bombardman azı iki saat davam edib. Omdurman və Şimali Xartum şəhərləri yaxınlığında da partlayış səsləri eşidilir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.