CƏMİYYƏT


“Süfrə” jurnalının növbəti sayı çap olunub

Bakı, 4 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin mətbu orqanı olanı “Süfrə” elmi-kütləvi jurnalının onuncu sayı çapdan çıxıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, jurnalın növbəti sayında “Bələdçi”, “Qida akademiyası”, “Həkim sözü” və digər rubrikalarda maraqlı məqalələr dərc olunub.

“Bələdçi” oxuculara ofisiantı və aşpazı olmayan restoranlar, dünyanın ən bahalı kürüsü barədə, qəhvənin qeyri-adi yetişdirilmə üsulundan xəbər verir. Rubrikada qida sektoru ilə bağlı başqa maraqlı xəbərlər də öz əksini tapıb.

“Qida akademiyası” rubrikasında maarifləndirici xarakterli yazılara yer ayrılıb. Qeyri-sağlam pəhrizlərdən əziyyət çəkməmək, yağlardan təkrar istifadənin təhlükəsindən xəbərdar olmaq, çimərlik və turizm obyektlərində düzgün qidalanmanın yollarını öyrənmək istəyənlər həmin rubrikada yer alan məqalələrdən faydalana bilərlər.

“Həkim sözü” rubrikasında isə transplant-nefroloq, nefropatoloq Elnur Fərəcov böyrək xəstəlikləri ilə bağlı oxucuları maraqlandıran sualları cavablandırıb.

Jurnalın bu sayında Salvador Dali, Leanardo da Vinçi, Lev Tolstoy və başqa dahi şəxsiyyətlərin süfrəsində hansı yeməklərin yer aldığı barədə maraqlı yazı verilib. “Dahilərin menyusu” ilə “Süfrə”nin budəfəki sayında tanış olmaq mümkündür.

“İştahasız uşağı yeməyə necə həvəsləndirmək olar?” sualının cavabını valideynlər jurnalının “Sağlamlıq məktəbi” rubrikasında əksini tapan məqaləni oxumaqla ala bilərlər.

“Süfrə”nin növbəti sayında cavanlıq bitkisi sayılan zirinc, süfrə və qonaqlama mədəniyyəti, gələcəyin qidası ilə bağlı maraqlı yazılar da dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.