MƏDƏNİYYƏT


Suğra Bağırzadə: Bu sərgi dostlarım qarşısında bir hesabatımdır VİDEO

Suğra Bağırzadə: Bu sərgi dostlarım qarşısında
bir hesabatımdır VİDEO

Bakı, 11 oktyabr, Emil Məlikov, AZƏRTAC

Bu, mənim yubiley ilimdə - 75 yaşımda üçüncü sərgimdir. Bu il silsilə sərgilər keçirməyi hədəfləmişdim, buna da əməl edirəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Rəssamlar İttifaqında fərdi sərgisini açan Əməkdar artist, aktrisa və rəssam Suğra Bağırzadə deyib.

Şirvanşahlar sarayı kompleksində cari ilin mayında açılan 65 əsərdən ibarət fərdi sərgisindən danışan Əməkdar artist digər qalereyalarda da sərgisini açdığını vurğulayıb: “Burada açılan sərgi mənim üçün çox vacibdir, ona görə ki, bu, dostlarım qarşısında bir hesabatımdır. Çünki izləyicilərdən başqa, burada mənim rəssam dostlarım da əsərlərimə qiymət verirlər. Bugünkü sərgimdə yeni əsərlərim də var. Bu baxımdan nar, çəmənliklər, daha sonra canlı güllərdən hazırladığım payız əhval-ruhiyyəsi və s. əsərləri qeyd etmək olar. Əsərlərimdə əsasən yaz əhvalı duyulur. Amma indi payız olduğuna görə, bu əsərləri xüsusilə meşələrdən yığdığım sarı güllərdən, həmçinin dibçək güllərindən böyük sevgi ilə yaratmışam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.