CƏMİYYƏT


Süleyman Basa: Prezident İlham Əliyevi Rizedə qarşılamaqdan çox məmnun olduq VİDEO

Rize, 15 may, AZƏRTAC

Rize-Artvin Hava Limanının açılışından çox məmnunuq. Hər kəs kimi, biz də doğulduğumuz yerdə belə bir layihənin gerçəkləşməsinə sevinirik. Bu gün Rizedə yaşadığımız xoş anlarla bir daha “bir millət, iki dövlət!” olduğumuza şahidlik etdik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Rizelilər Cəmiyyətləri Federasiyasının fəxri sədri Süleyman Basa ifadə edib.

Azərbaycan və Türkiyə dövlət başçılarının Rize-Artvin Hava Limanının açılış mərasimində birgə iştirakını xoş sözlərlə ifadə edən Süleyman Basa deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev məzmunlu çıxışında Şuşadan danışarkən iki qardaş ölkənin əlaqələrinin müttəfiqlik səviyyəsinə yüksəlməsinin nə qədər əhəmiyyətli olmasına bir daha şahidlik etdik.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Rize

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.