İDMAN


Süleyman Mikayılov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının büro üzvü seçilib

Bakı, 4 yanvar, AZƏRTAC

Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılova bu beynəlxalq idman qurumu tərəfindən növbəti dəfə böyük etimad göstərilib.

AZƏRTAC xəbər verir ki, ABF rəsmisi bundan sonra AİBA-nın büro üzvü kimi də fəaliyyət göstərəcək.

Beynəlxalq təşkilatın ən ali qurumu hesab olunan büro cəmi 7 üzvdən - AİBA prezidenti Qafur Rəhimovdan, iki vitse-prezidentdən və İcraiyyə Komitəsinin dörd üzvündən ibarətdir. S.Mikayılov bu vəzifəni dörd il icra edəcək.

Büro dünya boksunda ən vacib məsələləri – bu idman növünün inkişafı, yeni qaydaların müəyyənləşdirilməsi, maliyyə və idarəetmə məsələlərini İcraiyyə Komitəsinin gündəliyinə çıxarmaq səlahiyyətinə sahibdir.

Qeyd edək ki, ABF-in vitse-prezidenti Süleyman Mikayılov bu hüquqa ikinci dəfə yiyələnib. O, 2013-cü ildə beş nəfərdən ibarət büroda eyni vəzifəni daşıyıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.