DÜNYA


“Sülh çeşməsi” antiterror əməliyyatı zamanı indiyədək 342 terrorçu zərərsizləşdirilib VİDEO

İstanbul, 11 oktyabr, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində apardığı “Sülh çeşməsi” antiterror əməliyyatı zamanı indiyədək 342 terrorçu zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar məlumat verib.

Türk Silahlı Qüvvələrinin hava hərəkatının qarşısını almaq məqsədilə terrorçular tərəfindən bölgədə rezin təkərlər və mazut yandırılır.

Xatırladaq ki, əməliyyat zamanı PKK/PYD terror təşkilatlarının nəzarətində olan Tel Rıfat şəhərindən türk hərbçilərinin olduğu Azez şəhərinə havadan hücum edilib. Hücum nəticəsində beş əsgər yaralanıb. Yaralı əsgərlərdən ikisi bütün müdaxilələrə baxmayaraq şəhid olub. Üç əsgərin müalicəsi davam edir.

Hərəkat davam etdirilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.