REGİONLAR


Sülh və sabitlik inkişafın təməlidir

Astara, 14 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Mərkəzi Kitabxanasında ölkəmizdə keçirilən “Sülh aylığı” çərçivəsində “Sülh və əmin-amanlıq” mövzusunda tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, toplantıda çıxış edən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Tural Eyvazov bildirib ki, sülh və sabitlik inkişafın əsas təməlidir. Bu mövzu torpaqlarının 20 faizi hələ də işğal altında qalan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sülhün və əmin-amanlığın əldə olunması istiqamətindəki əvəzsiz xidmətlərinin bütün dünya xalqları tərəfindən yüksək dəyərləndirildiyini vurğulayan T.Eyvazov, Ulu Öndərin sülhsevər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Toplantıda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) cənub bölgəsi üzrə nümayəndəsi Ziya İsmayılovun mövzuyla bağlı məruzəsi dinlənilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.