SİYASƏT
Sülhməramlıların avtomobilləri axşam saatlarında da aksiya ərazisindən sərbəst hərəkət edir
Şuşa, 24 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.
AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçın istiqamətə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki təminat avtomobili aksiya ərazisindən maneəsiz keçib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:44]
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub
- 24.04.2024 [15:05]
Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb
- 24.04.2024 [14:02]