Sülhməramlıların daha 10 avtomobilinin aksiya ərazisindən keçidinə şərait yaradılıb
AzerTAg.az
Şuşa, 25 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.
AZƏRTAC xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus beş minik və iki təminat avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların bir minik və iki tibbi avtomobili Laçına gedib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.





Xəbərin mətnində orfoqrafik səhv var