SİYASƏT


Sülhməramlıların daha 18 avtomobili aksiya ərazisindən keçib

Şuşa, 29 mart, Elmir Səftərov, AZƏRTAC

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.

AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçına doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki təminat, bir evakuasiya və beş minik avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların üç təminat və yeddi minik avtomobili Xankəndiyə gedib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.