Sülhməramlıların iki avtomobilinin Laçına maneəsiz keçidinə şərait yaradılıb
AzerTAg.az
Şuşa, 5 fevral, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.
AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki təminat-təchizat avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.
Qeyd edək ki, bununla da bu gün səhərdən indiyədək Laçın-Xankəndi yolunda aksiyanın təşkil olunduğu ərazidən keçən avtomobillərin sayı 36-ya çatıb.
Bu, bir daha onu göstərir ki, ekoloji aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.



Xəbərin mətnində orfoqrafik səhv var