Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Sultan Zahidov: Bu qələbə həm haqlı, həm də güclü Azərbaycan xalqının iradəsinin təntənəsidir

Sultan Zahidov: Bu qələbə həm haqlı, həm də güclü Azərbaycan xalqının iradəsinin təntənəsidir

Bakı, 11 noyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin tarixi bəyanatı ilə 44 günlük İkinci Qarabağ müharibəsinə son qoyuldu. Bəyanat birmənalı şəkildə Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfərini, düşmən Ermənistanın isə rəzil şəkildə məğlubiyyətini təsbit etmiş oldu. Bəyanatın imzalanmasından sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza etdiyi müraciətlə 30 illik Qarabağ həsrəti ilə yaşayan Azərbaycan xalqını sevindirmiş oldu. Bu bəyanatla Azərbaycan torpaqlarının erməni işğalından azad etmə və ya Ermənistanı sülhə məcburetmə əməliyyatı başa çatmış oldu. Əslində döyüş meydanında şanlı Azərbaycan Ordusu tərəfindən sarsıdıcı məğlubiyyətə uğradılan Ermənistan rəhbərliyinin bu bəyanatla razılaşmaqdan başqa çarəsi yox idi. Bir sözlə, bu sənəd əslində döyüşdə əldə olunan zəfərlərin siyasi masaya proyeksiyası idi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sultan Zahidov deyib. O bildirib: “Azərbaycan Ordusunun müharibənin son günlərində strateji və mənəvi əhəmiyyətə malik Şuşa şəhərini və 71 kəndi işğaldan azad etməsi ermənilərin son ümidlərini də yerlə-yeksan etmiş oldu. Ermənistanın baş naziri Nikol Paşinyan bəyanatdan sonra xalqa müraciətində hərbi düşərgənin nümayəndələri ilə məsləhətləşdiyini və Ermənistan ordusunun Azərbaycan qarşısında tab gətirə bilməyəcəyini bildirərək bu bəyanatı imzalamaqdan başqa çarəsinin olmadığını etiraf etmiş oldu. Sözsüz ki, vəziyyətin bu yerə gəlib çıxmasında əsas günahkar Paşinyan özüdür. O, zamanında substantiv danışıqlara konstruktiv yanaşaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və baza prinsiplərinə uyğun olaraq işğal rejiminə son qoysaydı və təcavüzkar ritorikasını tərk edərək Azərbaycan xalqını qıcıqlandıran ifadələr və hərəkətlərə yol verməsəydi, bütün bu hadisələr də baş verməzdi.

Beynəlxalq münasibətlərdə realpolitik məktəbin əsas qayələrindən biri dövlətin ən effektiv aləti olan güc vasitəsilə siyasi-diplomatik mövqeyini qüvvətləndirməsi ilə bağlıdır. Dövlətin sərt gücü (hard power) onun diplomatiyasını (soft power) möhkəmləndirir. Bu gün Azərbaycan sözün əsl mənasında döyüşdə əldə etdiyi zəfərlərlə siyasi masada da Ermənistanı məğlub etmiş oldu. Hər qazanılan ərazi və hər sancılan bayraq diplomatik danışıqlarda Azərbaycanın mövqeyini daha da gücləndirməklə yanaşı, Ermənistanı daha böyük güzəştlərə getməyə vadar etmiş oldu. Nəticə etibarilə bu bəyanat Azərbaycan üçün bazar prinsiplərindən daha qaneedicidir. Çünki uzun müddət Dağlıq Qarabağ münaqişəsinin başlıca çərçivə planı xüsusiyyətini daşıyan və Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi səbəbindən elə danışıqlar masasında da qalan baza prinsiplərindən fərqli olaraq bəyanatda Qarabağın statusu ilə bağlı hər hansı ifadə yoxdur. Eyni zamanda, bazar prinsiplərindən fərqli olaraq bu bəyanatda 3 rayon – Ağdam, Laçın və Kəlbəcərin işğaldan azad edilməsi ilə bağlı konkret cədvəl təsbit olunub. Qan tökmədən, itkisiz bu 3 rayonun işğaldan azad edilməsinə məhz Azərbaycan Ordusunun digər 4 rayonu döyüşərək əldə etməsi nəticəsində nail olunub. Digər tərəfdən, bəyanata Naxçıvan və Azərbaycanın qərb rayonlarını birləşdirəcək nəqliyyat xətləri ilə bağlı maddənin salınması Azərbaycanın böyük uğuru deməkdir. Bu maddə uzun illər təcrid olunmuş vəziyyətdə qalan Naxçıvanın Azərbaycanla birbaşa əlaqəsinin təmin edilməsi deməkdir.

Azərbaycan dövləti 44 günlük müharibənin sonunda öz ərazi bütövlüyünü bərpa etmiş oldu. Azərbaycan regionda sabitliyə və təhlükəsizliyə başlıca təhdid olan Ermənistanı sülhə məcbur etdi və nəticədə zəfər çaldı. Ədalət və haqq zəfər çaldı. Bu zəfər Müzəffər Ali Baş Komandanın əmrini yerinə yetirən Azərbaycan Ordusunun və Prezidentin ətrafında birləşən Azərbaycan xalqının iradəsinin zəfəridir. Uzun illər ərzində 20 faiz torpaqları işğal olunmuş, ermənilər tərəfindən məğlub edilmiş damğasını daşıyan xalq artıq bu damğadan qurtulmuş oldu. Bunun üçün xalqımız hər cür çətinliklərə, nisgilə tab gətirərək yüksək əzm və iradə nümayiş etdirdi. Bir sözlə desək, bu qələbə həm haqlı, həm də güclü Azərbaycan xalqının iradəsinin təntənəsidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik