MƏDƏNİYYƏT


“Sultanlıq soydan gəlir” kitabı çapdan çıxmışdır

Bakı, 20 noyabr (AZƏRTAC). Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun “Sultanlıq soydan gəlir” kitabı işıq üzü görmüşdür. 

AZƏRTAC xəbər verir ki, kitab tariximizdə, o cümlədən Qarabağ və Zəngəzur bölgələrinin tarixində özünəməxsus yeri olan Sultan bəy və Sultanovların həyatından bəhs edir.

Nəşrin elmi redaktoru tarix elmləri doktoru Qasım Hacıyev, redaktoru Fəxrəddin Şahbazovdur.

Kitabda Sultanovlar şəcərəsindən söz açılır, Zəngəzur qəzasının tarixindən, İran və Türkiyədən bu yerlərə ermənilərin kütləvi şəkildə köçürülməsindən, Sultan bəy və Sultanovların erməni tör-töküntülərinə qarşı apardığı mübarizədən bəhs edilir.

Tarixi mənbələr əsasında araya-ərsəyə gələn nəşrdə nəticə olaraq Sultan bəyin əsli və kökü olan Qaraçorlu elinin tam mənzərəsi yaradılmışdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.