İQTİSADİYYAT


Sulutəpə ərazisində yeni yol qovşağının tikintisi yekunlaşır

Bakı, 22 fevral, AZƏRTAC

Sulutəpə ərazisində yeni yol qovşağının tikintisi başa çatmaq üzrədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov keçirdiyi brifinqdə deyib.

O bildirib ki, qovşaq 2 yol ötürücüsündən (4 aşırımlı 128 metr və 3 aşırımlı 96 metr, yol ötürücülərinin eni 9 metr) ibarətdir. Yol ötürücüləri Biləcəri, Binəqədi, həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edən avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə və əksinə, rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da, sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr aradan qaldırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.