İQTİSADİYYAT


Sulutəpədə 7,1 kilometrlik küçə və yolların təmirinə başlanılıb VİDEO

Bakı, 3 may, AZƏRTAC

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhərinin Binəqədi rayonunda avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı Sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlər həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, cari ildə Binəqədi rayonu üzrə uzunluğu 15 kilometrdən çox küçə və yolda təmir işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə rayonun Sulutəpə qəsəbəsində təmir-tikinti işlərinə başlanılıb. Sözügedən qəsəbə üzrə ümumi uzunluğu 7,1 kilometr təşkil edən küçə və yolların əsaslı təmiri məqsədilə əraziyə lazımi sayda qüvvə cəlb olunub. Artıq nəzərdə tutulan işlərin bir hissəsi yerinə yetirilib. Belə ki, aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınıb, zəruri yerlərdə yol əsası işlənilir. Daha sonra yol əsası hazır olan hissələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi üzrə 3 kilometr, Binəqədi qəsəbəsi üzrə isə 5,3 kilometr qəsəbədaxili küçə və yolların təmiri də nəzərdə tutulur. Bu istiqamətdə də yaxın müddət ərzində təmir-tikinti işlərinə başlanılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Binəqədi rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 70 kilometrdən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.

Hazırda qeyd edilən ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində görülür. Növbəti Sərəncam və İnvestisiya Proqramları çərçivəsində rayon üzrə təmiri nəzərdə tutulan digər küçə və yollarda da təmir və bərpa işlərinin aparılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.