İDMAN


Şumaxer haqqında sənədli filmin nümayişi təxirə salınıb

Bakı, 19 noyabr, AZƏRTAC 

Bu ilin sonunda Mixail Şumaxerin ailəsinin dəstəyi ilə lentə alınmış və yeddiqat dünya çempionunun həyatı və karyerasından bəhs edən “Şumaxer” sənədli filmi prokata çıxmalı idi. Lakin ekran əsərinin istehsalı ilə məşğul olan B14Film prodüser şirkəti onun geniş tamaşaçı kütləsinə təqdim olunmasının qeyri-müəyyən müddətə təxirə salındığını bəyan edib.

AZƏRTAC xəbər verir ki, şirkətin bəyanatında deyilir: “Rejissorların sərəncamında çoxlu sayda materialların olması səbəbindən prodüserlər filmin yaradılmasına daha çox vaxt ayırmaq qərarına gəliblər”.

Müəlliflər filmə pilotun atası, xanımı və uşaqları, habelə onun karyerasında əsas rol oynamış insanlarla müsahibələri əlavə etmək qərarına gəliblər. Şumaxerin karyerasının parlaq məqamları, onun nailiyyətləri və uğursuzluqları barədə söhbətlə yanaşı, tamaşaçılar kompromisə getməyən pilot və iddialı insan, habelə qayğıkeş ailə başçısı olan Mixaeli daha yaxşı tanımağa imkan verəcək arxiv materiallarını ilk dəfə görəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.