İDMAN


Şumaxerin bolidinin şokolad modeli hazırlanıb

Bakı, 2 noyabr, AZƏRTAC 

İtaliyanın Modena şəhərində keçirilən “Sciocola” festivalında yeddiqat Formula 1 çempionu Mixael Şumaxerin 2004-cü ilə aid “Ferrari” bolidinin bütünlüklə şokoladdan hazırlanmış modeli təqdim edilib.

AZƏRTAC “Radio Bruno”ya istinadla xəbər verir ki, bolidin modeli 39 yaşlı şokolatye Mirko Dalla Vekkya tərəfindən hazırlanıb. Ona heykəltəraş Alessandro Marrone kömək edib. Model 1:1 miqyasında yerinə yetirilib, onun ərsəyə gəlməsinə 800 saat vaxt sərf edilib.

Mixael Şumaxer 2004-cü ildə “F2004” bolidində 13 qələbə qazanıb. Bu boliddə 15 qələbə qazanılıb. Daha üç qələbəni “Ferrari”yə Şumaxerin komanda yoldaşı Rubens Barrikello gətirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.