REGİONLAR


Sumqayıt Dövlət Dram Teatrı Yeni ilə hazırlaşır

Sumqayıt, 28 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Dövlət Dram Teatrı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il proqramının hazırlığına start verib. Bu ilin bayram şənliyində balacalar teatrda fərqli bir ssenari üzrə maraqlı, əyləncəli, musiqili tamaşanı seyr etmək imkanı qazanacaqlar.

AZƏRTAC xəbər verir ki, kollektiv “Çeburaşkanın Yeni il sərgüzəştləri” adlı tamaşa üzərində yaradıcılıq işinə başlayıb. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı rejissoru Ayla Osmanova, rəqslərin quruluşçusu Ceyhun Dadaşov, rəssamları Nizami Dadaşov və Arif Müzəffərovdur. Rejissor Fuad Kazımov, rejissor assistenti isə Fazilə Rzayevadır.

Tamaşada əsas obrazları Əməkdar artist İzaməddin Bağırov, Şəhla Məmmədova, Firuzə Şərifova, Kamran Muradlı, Şəmistan Süleymanlı, İlahə Səfərova, Sevda Hüseynova, Elay Xasiyev və başqaları ifa edəcəklər.

Tamaşalar bu il dekabrın 29-dan gələn il yanvarın 3-dək nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.