REGİONLAR


Sumqayıt Dövlət Dram Teatrı körpələrin görüşünə gəlib

Sumqayıt, 29 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Əllinci mövsümünə yeni tamaşalarla start verən Sumqayıt Dövlət Dram Teatrı bir neçə maarifləndirici, tanıdıcı layihələr gerçəkləşdirməkdədir. Bu layihələrin məqsədi tamaşaçılarla birbaşa ünsiyyətdə olmaq, dərsliklərdəki Azərbaycan və dünya dramaturgiyasından seçmə əsərləri şagirdlərə səhnə yozumu ilə, əyani şəkildə nümayiş etdirmək, diskussiyaların təşkili və maarifləndirmədən ibarətdir.

Bunu AZƏRTAC–a teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bildirib.

Uğurlu layihələrdən birinin də kiçik yaşlı kontingentə hesablandığını söyləyən sənət ocağının direktoru deyib ki, layihə çərçivəsində yaradıcı kollektiv bu gün “Kaspi” uşaq bağçasının kiçik üzvlərinin qonağı olub. Balacalara rejissor Ayla Osmanovanın quruluşunda “Kim güclü, kim ağıllı?” tamaşası təqdim edilib.

Tamaşada rolları Kamran Muradlı, Aynur Hümbətova, Ceyhun Məhərrəmov, Dağlar Rüstəmov, Sevda Hüseynova, Rövşən Əsgərov və Elmir Mehdiyev ifa ediblər.

Tamaşa vasitəsilə körpə fidanlara ağlın, cəsarətin qol gücündən üstün olması, vacibliyi mesajı ötürülüb.

Sonda bağça rəhbərliyi balacaların həm əylənib, həm də maariflənmələri istiqamətində dəstəyinə görə kollektivə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.