MƏDƏNİYYƏT


Sumqayıt Dövlət Dram Teatrı yeni mövsüm üçün iki tamaşa hazırlayır

Bakı, 12 sentyabr, AZƏRTAC

Sumqayıt Dövlət Dram Teatrı yeni mövsümdə tamaşaçıların qarşısına iki yeni tamaşa ilə çıxacaq.

AZƏRTAC xəbər verir ki, bu səhnə əsərlərindən biri Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” pyesi əsasında hazırlanmış eyniadlı səhnə əsəridir. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, quruluşçu rəssamı Arif Müzəffərov, musiqi tərtibatçısı isə Telman Qəniyevdir. Tamaşada rolları Əməkdar artist İlahə Səfərova, aktyorlar Dağlar Rüstəmov, İlqar İbrahimov, İlham Səfərli, Mətanət Əmrullayeva, Sevda Hüseynova, Akif Mirzəyev, Yalçın Səlimov, Vaqif Səmədzadə, Siyavuş Mahmudov, Vəfa Qurbanova və başqaları ifa edir. Premyera noyabr ayının əvvəllərinə planlaşdırılıb.

“Ağıllı dovşan” adlı rus xalq nağılı əsasında hazırlanmış tamaşanın isə artıq pyes oxunuşlarına başlanılıb. Məktəblilər və kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş əsərin quruluşçu rejissoru və musiqi tərtibatçısı Ayla Osmanova, quruluşçu rəssamı Nizami Dadaşov, səhnə hərəkəti, plastika və rəqslərin quruluşçusu isə Ceyhun Dadaşovdur.

Əsərdə dovşanın timsalında hər işdə ağlın, dərrakənin gücü ilə çətin vəziyyətdən çıxmaq, hiyləyə və yalana uymamaq, nəciblik və xeyirxahlıq hislərinin aşılanması mesajı ötürülür.

Tamaşada obrazları teatrın aktyorları Şəhla Məmmədova, İlahə Səfərova, Kamran Muradlı, Mətləb Səfərov, Sevda Hüseynova, Elmir Mehdiyev, Vəfa Qurbanova, Dağlar Rüstəmov, Rövşad İlyasov, İradə Zeynalova, Rövşən Əsgərov, Cavanşir Eyyubzadə və Ceyhun Məhərrəmov ifa edirlər. Tamaşanın premyerası oktyabrın 17-nə planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.