REGİONLAR


Sumqayıt Dövlət Dram Teatrından Silahlı Qüvvələrə Yardım Fonduna dəstək

Sumqayıt, 14 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Bu gün biz Azərbaycan tarixinin ən parlaq və şərəfli səhifəsini yaşayırıq. O səhifəni Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz yazır. Ölkə başçısı İlham Əliyev düşmənə, dünyaya, ikili standartlardan qaça bilməyən bəzi dövlətlərə və təşkilatlara sərt münasibətini bildirməklə Azərbaycanın siyasi iradəsini və hərbi qüdrətini göstərdi.

Ali Baş Komandanın rəvan çıxışları, həqiqəti çatdırma üslubu, faktları zamanında səsləndirməsi və ən başlıcası, milli dövlətçilik sevgisi opponentlərin aciz duruma düşməsinə səbəb olur. Sumqayıt Dövlət Dram Teatrının kollektivi Ali Baş Komandanı, qəhrəman əsgərlərimizin hər zaman yanındadır.

AZƏRTAC xəbər verir ki, teatrın rəhbərliyi və kollektivi adından Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna ianə edilib. Bildirilib ki, bu kiçik köməklə kollektivin ürəyi zəfər yürüşünə çıxmış əsgər və zabitlərlə birgə döyünür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.