REGİONLAR


Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti məktəblilərlə görüşüb

Sumqayıt, 2 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Dövlət Dram Teatrı son aylar tamaşaçıların bədii-estetik zövqünü, mədəni tələbatını öyrənmək məqsədilə bir sıra yaradıcı ideyalar gerçəkləşdirir.

Teatrın repertuarında önəmli yer tutan Nizami Muradoğlunun "Zülmətdə nur" əsəri dahi dramaturq, mütəfəkkir şair Hüseyn Cavidin faciəsinə həsr olunub. Habelə Cavidin əqidə və qələm dostları Əhməd Cavad və Mikayıl Müşfiqin də nakam talelərinə nəzər salınır. Bu tamaşa orta məktəb şagirdləri, yeniyetmələr üçün də aktualdır. Elə bunu nəzərə alan teatrın direktoru, Əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə səhnə əsərini izlədikdən sonra məktəblilər müzakirəyə dəvət olunurlar.

AZƏRTAC xəbər verir ki, ilk təşəbbüs Sumqayıt şəhər 31 saylı məktəbdən gəlib. Məktəbin akt zalında keçirilən tədbirdə təhsil ocağının direktoru, Əməkdar müəllim Xanım Əhmədova bildirib ki, orta məktəbin ədəbiyyat proqramında H.Cavid, Ə.Cavad və M.Müşviqin həyat və fəaliyyəti, yaradıcılığı tədris olunur. Tamaşada şagirdlər nəzəriyyədə oxuduqlarını vizual seyr edə bilir, bir anlıq o illərin acı günlərini yaşayır, böyük söz ustadlarımızın keçirdikləri iztirabları hiss edirlər. Bu cür tamaşalar milli dəyərlərimizin, mədəniyyətimizin, tariximizin məktəblilərə aşılanmasında mükəmməl vasitədir.

Daha sonra yaradıcı heyət məktəblilərin suallarını cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.