CƏMİYYƏT


Sumqayıt Dövlət Universitetində keçirilən məşğulluq tədbirində 154 vakant iş yeri təqdim edilib

Bakı, 6 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən ali təhsil müəssisələrinin tələbə və məzunlarının əmək bazarına uğurlu inteqrasiyası üçün Sumqayıt Dövlət Universitetində “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə 15 işəgötürən müəssisə və təşkilat iştirak edib. Bunlardan 3-ü dövlət, 12-si qeyri-dövlət müəssisəsi olub. İşəgötürənlər tədbirə 154 boş iş yeri çıxarıblar.

Tədbirdə Sumqayıt şəhər Məşğulluq Mərkəzinin və Sumqayıt Dövlət Universitetinin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.