REGİONLAR


Sumqayıt Dövlət Universitetində mindən çox tələbə təqaüd alır

Sumqayıt, 18 may, Ətrabə Rzayeva, AZƏRTAC

Prezident İlham Əliyevin “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2019-cu il 14 fevral tarixli Sərəncamına əsasən Sumqayıt Dövlət Universitetinə (SDU) ayrılmış kvotaya uyğun olaraq, 560 tələbə orta hesabla 100 manat təqaüd alacaq.

AZƏRTAC xəbər verir ki, bununla yanaşı, Sumqayıt şəhərində aztəminatlı ailələrdən olan və semestr imtahanlarını müvəffəqiyyətlə verən 30 tələbəyə şəhər bələdiyyəsinin təsis etdiyi “Bələdiyyə” təqaüdü veriləcək. Ümumiyyətlə, SDU-da təqaüd alan tələbələrin sayı 1000 nəfərdən çoxdur. Hər iki valideynini itirmiş tələbələr isə ikiqat təqaüd alır.

Qeyd edək ki, 2016-cı ildə qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, təqaüdlərin ödənilməsi yalnız dövlət sifarişi əsasında təhsil alan tələbələrə deyil, eyni zamanda, ümumi orta müvəffəqiyyət göstəricisi və fənlər üzrə akademik nailiyyətləri nəzərə alınmaqla ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil edilib. Təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur. Bütün bunlar dövlətimizin başçısının elmə, təhsilə və gənclərə göstərdiyi növbəti diqqət və qayğısının bariz nümunəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.