İDMAN


“Sumqayıt” FK daha bir futbolçunu heyətinə qatıb

Sumqayıt, 25 iyun, AZƏRTAC

2021-2022 mövsümü üçün transfer çalışmaları davam edən “Sumqayıt” futbol klubu daha bir futbolçunu heyətinə cəlb edib. Belə ki, klub son mövsümü “Qəbələ”də keçirmiş yarımmüdafiəçi Roman Hüseynovu heyətinə qatıb.

Klubun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, Roman Hüseynovla 1 illik müqavilə imzalanıb. O, komandada “20” nömrəli formada çıxış edəcək. Qeyd edək ki, Roman Hüseynov “Qəbələ” (35 oyun, 2 qol) və “Kəpəz”in (11 oyun) uğurları üçün çalışıb. 23 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-17, U-19 və U-21 millilərində çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.