REGİONLAR


Sumqayıt KOB İnkişaf Mərkəzində fərdi məsləhət xidmətləri göstərilir

Bakı, 14 oktyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər və ailə biznesini qurmaq istəyənlər üçün fərdi məsləhət xidmətləri təşkil olunub.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, məsləhət xidmətləri çərçivəsində potensial sahibkarlara KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən xidmətlər haqqında ətraflı məlumat verilib, yeni biznesə başlamaq istəyən şəxslərin sahibkarlıq fəaliyyəti üçün zəruri olan təlim və məsləhət xidmətləri ilə bağlı ehtiyacları müəyyənləşdirilib, onları maraqlandıran suallar cavablandırılıb. KOB İnkişaf Mərkəzinə müraciət edən şəxslərin biznes ideyalarının fərqli sahələr üzrə olması nəzərə alınaraq onlar yaxın günlərdə keçiriləcək təlim və digər məsləhət xidmətlərinə cəlb olunacaqlar.

Qeyd edək ki, Sumqayıt şəhəri və Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar və öz biznesini qurmaq istəyən şəxslər sahibkarlıq fəaliyyəti üçün zəruri olan təlim-tədris və məsləhət xidmətləri üçün Sumqayıt KOB İnkişaf Mərkəzinə müraciət edə bilərlər. Mərkəz tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.