REGİONLAR
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru: Parkın ərazisində yerləşən müəssisələrdə işçilərin ixtisarı aparılmır
Sumqayıt, 7 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Bu günə qədər Sumqayıt Kimya Sənaye Parkında 22 sahibkarlıq subyektinə rezident statusu verilib. Hazırda 14 rezident istər daxili, istərsə də xarici bazarlar üçün məhsul istehsal edir.
AZƏRTAC xəbər verir ki, bunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov jurnalistlərə Parkın rezidenti, tibbi maska istehsal edən “Bakı Tekstil Fabriki” MMC-nin zavodu ilə tanışlıq zamanı deyib.
"Sənaye parkına ümumi investisiya qoyuluşu portfeli 3,1 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Real kapital qoyuluşu isə 2,8 milyard ABŞ dollarıdır. Hazırda burada 5 mindən artıq insan işlə təmin olunub. Karantin rejimində işləməyimizə baxmayaraq, sənaye parkının ərazisində yerləşən müəssisələrdə işçilərin ixtisarı aparılmır", - deyə N.Talıbov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]