REGİONLAR
Sumqayıt Kimya Sənaye Parkı ilə “Gəncə iş adamları” İB arasında əməkdaşlıq əlaqələrinin yaradılması müzakirə edilib
Sumqayıt, 20 may, Ətrabə Rzayeva, AZƏRTAC
“Gəncə iş adamları” İctimai Birliyinin bir qrup nümayəndəsi Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev iş adamlarına ölkədə mövcud sənaye zonaları, burada investorlar üçün yaradılmış əlverişli şərait, tətbiq edilən güzəştlər barədə məlumat verib.
Görüş çərçivəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib, iş adamları sənaye zonalarında mövcud imkanlardan yararlanmağa dəvət olunub.
Sonda biznes nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]