Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Sumqayıt Kimya Sənaye Parkı ölkə iqtisadiyyatının daha da gücləndirilməsində mühüm rol oynayır

Sumqayıt Kimya Sənaye Parkı ölkə iqtisadiyyatının daha da gücləndirilməsində mühüm rol oynayır

Bakı, 18 sentyabr, AZƏRTAC

Yeddi aydan artıqdır ki, dünyanın başı üzərini almış koronavirus kabusu hələ də bəşəriyyəti qorxu altında saxlamaqdadır. Bu virusa yoluxanların sayının 30 milyon nəfəri keçməsi pandemiyanın hələ də tüğyan etdiyindən xəbər verir. Həm yoluxanların, həm də dünyasını dəyişənlərin sayı da təsdiqləyir ki, dünya bu virusla mübarizəyə hazır deyilmiş. Azərbaycanda isə pandemiyanın yayıldığı ilk gündən düşünülmüş şəkildə mübarizə aparıldı. Dövlətimizin başçısının rəhbərliyi və göstərişi ilə həyata keçirilən tədbirlər, qəbul edilən qərarlar öz bəhrəsini göstərməkdədir.

Bu fikirləri AZƏRTAC-a politoloq Səhər İsmayılova bildirib.

Politoloq deyib ki, Azərbaycan dünya ölkələri ilə müqayisədə pandemiyadan ən az zərər çəkənlər sırasındadır. Siyasi, iqtisadi, mədəni sahələr üzrə itkilərimiz artıq bərpa olunur. Pandemiyanın tüğyan etdiyi müddətdə nəzərdə tutulmuş sosial və iri infrastruktur layihələrinin reallaşdırılması da təsdiqlədi ki, ölkəmiz belə virus qarşısında aciz deyil. Bunun əsas səbəblərindən biri respublikamızın iqtisadi qüdrətinin möhkəm təməllər üzərində qurulmasıdır. Məlum olduğu kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də yaddaqalan nailiyyətlər qazanılıb. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin dövlət idarəçiliyindəki uzaqgörənliyi ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Bu illər ərzində dövlətimizin başçısının respublikamızda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ardıcıl tapşırıqlar verməsi, mühüm əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsi və qərarlar qəbul edilməsi bu sahənin dayanıqlılığını təmin etməkdədir. Hətta dünya iqtisadiyyatını xeyli zəiflədən sərt koronavirus pandemiyası da bu dayanaqlılığa ciddi təsir göstərə bilmədi. İqtisadiyyatın daha da möhkəmləndirilməsi məqsədilə ölkəmizdə bir-birinin ardınca yaradılan sənaye kompleksləri həm yeni iş yerlərinin açılmasında, həm də istehsal sahələrinin genişləndirilməsində respublikamızın əlaqələrini daha da genişləndirdi və bu da ölkəmizlə əməkdaşlıq edən dövlətlərin sayını getdikcə artırdı.

Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkının yaradılması ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, Sumqayıtı Cənubi Qafqazda ikinci sənaye mərkəzinə çevirdi. Sumqayıt Kimya Sənaye Parkının Azərbaycan iqtisadiyyatında xüsusi yerinin olmasını faktlar da təsdiqləyir. Məsələn, 2019-2020–ci illərdə Sumqayıt Kimya Sənaye Parkında bir milyard manatdan artıq məhsul istehsal edilib. Bunun da təqribən 33 faizi ixrac olunub. Bütövlükdə, Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə, 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda parkın ərazisində fəaliyyət göstərən müəssisələrdə altı minə yaxın insanın daimi işlə təmin olunması əhalinin həyat tərzinin daha da yaxşılaşdırılmasında mühüm rol oynayır. Son illər Azərbaycan brendinin dünya bazarlarında daha çox müştəri cəlb etməsi üçün bütün imkanlardan istifadə edilir. Dövlətimizin başçısının qeyri-neft sektorunun inkişafını diqqət mərkəzində saxlamasının əsas məqsədi iqtisadiyyatın davamlı olması, yeni iş yerlərinin açılması, əhalinin gəlirlərinin artması və istehsal olunan məhsulun Azərbaycan brendi kimi dünya bazarına çıxarılmasıdır. Sumqayıt Kimya Sənaye Parkı bu sahədə mühüm rol oynayır. Bununla yanaşı, bu müəssisə iqtisadi siyasətin əsas hədəfi kimi ölkədaxili tələbatın yerli istehsal hesabına təmin olunmasını, habelə Azərbaycan istehsallı məhsulların ixracını reallaşdırmağa xidmət edir. Yaxın günlərdə Azərbaycan Prezidentinin Sumqayıt Kimya Sənaye Parkında Peşə Təhsil Mərkəzinin açılışında iştirakı pandemiya şəraitinə baxmayaraq nəzərdə tutulan layihələrin reallaşdırılmasında növbəti nümunədir. Mərkəzin təhsil proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Tədris prosesinə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin mütəxəssisləri cəlb olunub. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçiriləcək. Həmçinin praktiki dərslərin təşkili məqsədilə mərkəzdə təlim avadanlıqları stendləri quraşdırılıb. Yeni mərkəzin açılışı bir daha onu göstərir ki, iqtisadi subyektlərin fəaliyyətində peşəkar kadrların hazırlanmasında, müasir, innovativ yanaşmaların öyrənilməsində bu tədris müəssisəsinin xüsusi təsiri olacaq. Bununla yanaşı, yeni iş yerlərinin yaradılması, gənc nəslin xüsusi peşələrə yiyələnərək gələcəkdə ixtisaslarına uyğun özlərinə iş tapması yetişən nəslin həyat tərzinə müsbət təsir göstərəcək.

Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibəti ilə fərqlənir. Elə onun nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır. Bu da gənclərimizin qarşılaşdıqları işsizlik probleminin aradan qaldırılmasına öz təsirini göstərəcək. Müasir infrastruktura malik mərkəzdə təhsil alan tələbələrə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislərin elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən ibarət olması da sevindirici haldır. Burada təhsil alan tələbələrin gələcək iş problemləri də demək olar ki, öz həllini tapıb. Onlar Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə iş yeri əldə etmək imkanı qazanacaqlar.

Dövlətimizin başçısı mərkəzdə iştirakı zamanı Sumqayıt Kimya Sənaye Parkının böyük əhəmiyyətə malik olduğunu bildirdi, xaricdə yaşayan azərbaycanlı iş adamlarına da gəlib doğma Azərbaycana vəsait qoymaları barədə müraciətini xatırlatdı. Dedi ki, Azərbaycan onların Vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz Vətəninə vəsait qoymalıdırlar, öz Vətəni ilə daim əlaqə saxlamalıdırlar, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşatsınlar. Dövlət başçısı bir daha diqqətə çatdırdı ki, əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana investisiya axını dayanmayacaq. Dövlətimizin də qarşıya qoyduğu prioritet vəzifələrdən biri də budur. Belə mərkəzlərin açılması dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhranın aradan qaldırılmasında müsbət rol oynayacaq. Bu, həm də Azərbaycanın postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olması istiqamətində düşünülmüş addımdır. İri infrastruktur layihələrin reallaşdırılması ölkəmizin yeni inkişaf dinamikasına sahib olmasına da öz təsirini göstərəcək. Prezident İlham Əliyevin “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iştirakı bir daha təsdiqlədi ki, həm pandemiya, həm də postpandemiya dövründə yerli istehsalın dəstəklənməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. O cümlədən koronavirus pandemiyasının tüğyan etdiyi dövrdə də iqtisadi siyasət və uğurlu islahatlar müvəffəqiyyətlə davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB VİDEO

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU