REGİONLAR


Sumqayıt Kimya Sənaye Parkında şüşə lövhələrin istehsalı üzrə zavodun tikintisi gələn il başa çatacaq

Sumqayıt, 22 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin 508,14 hektar əraziyə malik “Sumqayıt Kimya Sənaye Parkı” MMC-i uzunmüddətli proqramlar və iqtisadiyyatın inkişafının davamlılığını təmin edən konsepsiya əsasında fəaliyyət göstərir. Müəssisənin ərazisində yeni zavodlar inşa olunur.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov AZƏRTAC–a bildirib ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində “AzerFloat” QSC-nin şüşə lövhələrin istehsalı üzrə zavodunun tikintisi gələn il başa çatacaq.

N.Səfərov bu layihə üzrə 82 milyon ABŞ dolları məbləğində investisiya qoyuluşu nəzərdə tutulduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.