REGİONLAR


Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

Bakı, 19 iyul, AZƏRTAC

Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkədə fəaliyyət göstərən sənaye parklarında yeni istehsal sahələrinin yaradılması, rəqabətqabiliyyətli, idxalı əvəz edən və ixracyönümlü istehsalın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, sənaye sahəsində məşğulluğun artırılması, daha çox investisiyanın cəlb olunması istiqamətində sistemli və ardıcıl işlər aparılır. Bu işlərin davamı olaraq, Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Galenka Azərbaycan” MMC qeydiyyata alınıb və Sənaye Parkının rezidentlərinin sayı 19-a çatıb.

“Galenka Azərbaycan” MMC tərəfindən ABŞ, Hindistan, Çin, Almaniya və Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə heyvandarlıq və quşçuluq sahəsində istifadə olunan baytarlıq preparatları, yem qatqı məhsulları, vitaminlər, dezinfeksiya, dezinseksiya və deratizasiya vasitələri istehsal edəcək zavod inşa olunacaq. Layihənin investisiya dəyəri 20 milyon manata yaxındır.

İstehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə bir sıra xarici ölkələrə də ixrac ediləcək. Müəssisədə 40-dək daimi iş yeri yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.