Sumqayıt Kimya Sənaye Parkının rezidenti Sloveniyaya karbamid gübrəsi ixrac edib
AzerTAg.az

Bakı, 31 mart, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Karbamid” zavodunun ixrac coğrafiyası genişlənməkdə davam edir.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, şirkət tərəfindən ilk dəfə olaraq Sloveniyaya məhsul ixracına başlanılıb və ilkin mərhələdə bu ölkəyə 5 min tona yaxın karbamid gübrəsi göndərilib.
Qeyd edək ki, “SOCAR Karbamid” zavodu 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb, zavod tərəfindən Sənaye Parkının ərazisində azot gübrəsinin istehsalı həyata keçirilir. İndiyədək müəssisədə istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə dünyanın 23 ölkəsinə (Brazilya, Hindistan, Türkiyə, Rusiya, İsrail, Polşa, Yunanıstan, Rumıniya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s.) ixrac edilib.
Xəbərin mətnində orfoqrafik səhv var