Sumqayıt Kimya Sənaye Parkının rezidentləri üçün elektron ofis yaradılır
AzerTAg.az
Bakı, 17 aprel, AZƏRTAC
Sumqayıt Kimya Sənaye Parkında (SKSP) rezident status əldə etmək istəyən investorlar üçün qeydiyyat proseduru sadələşdirilib. İnvestorların rahat qeydiyyatdan keçməsi, qeydiyyat ərizələrinin doldurulması, statistik hesabatların təqdim edilməsi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə inteqrasiyanın təmin edilməsi üçün “vahid pəncərə” şəklində elektron portal yaradılır. Artıq portal üzərində ilkin sınaqlar həyata keçirilib.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat veriblər.
SKSP-nin rezidenti olmaq istəyən fiziki və hüquqi şəxslər elektron imza əldə etməklə qeydiyyatdan keçə biləcəklər. Portal eyni zamanda rezidentlər üçün elektron ofis (E-ofis) kimi xidmət göstərəcək.
Sistemə daxil olmaq üçün “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin “www.scip.az” saytında xüsusi bölmə yaradılacaq və giriş təmin olunacaq.
Xəbərin mətnində orfoqrafik səhv var