REGİONLAR


Sumqayıt Reabilitasiya Mərkəzində müalicə alan qazilər “Zirvəyə ucalanlar” sərgisi ilə tanış olublar

Sumqayıt, 27 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, Sumqayıt Reabilitasiya Mərkəzinin rəhbərliyi, mərkəzdə kompleks tibbi-sosial reabilitasiya kursu keçən İkinci Qarabağ müharibəsi qaziləri və əlilliyi olan şəxslər Sumqayıt Dövlət Rəsm Qalereyasında “Zirvəyə ucalanlar” adlı sərgi ilə tanış olublar.

Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova AZƏRTAC-a bildirib ki, qonaqlara Sumqayıt şəhidlərinin şəkli əks olunan xalçalardan təşkil edilmiş sərgi haqqında ətraflı məlumat verilib. Qazilər şəhid olmuş döyüş yoldaşları ilə bağlı xatirələrini bölüşüblər. Habelə, yerinə yetirdikləri çətin, amma şərəfli missiya barədə danışıblar.

Qazilərin böyük maraqla tanış olduqları sərgi xoş təəssüratlar yaradıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.