CƏMİYYƏT


Sumqayıt Reabilitasiya Mərkəzinin gələn ay istifadəyə verilməsi nəzərdə tutulur

Bakı, 14 avqust. AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində Sumqayıt Reabilitasiya Mərkəzində təmir və yenidənqurma işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aparılan işlər artıq yekunlaşır və müəssisənin gələn ay istifadəyə verilməsi planlaşdırılır.

Bərpa mərkəzində il ərzində 1000-dən çox əlilliyi olan şəxsə səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla reabilitasiya xidmətləri göstəriləcək. Mərkəzdə əlilliyi olan şəxslərin sosial-psixoloji xidmətlə təmin edilməsi də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.