REGİONLAR


Sumqayıt Regional Mədəniyyət İdarəsi şəhər sakinlərinin yay istirahətinin xidmətində

Sumqayıt, 19 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları "Yay məktəbi"nin fəal üzvlərinin iştirakı ilə 40 saylı xüsusi təyinatlı nitqi qüsurlu “Lisan” körpələr evi-uşaq bağçasında şəhərcik təşkil ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə balaca fidanlar nağıl qəhrəmanları ilə tanış olub. Uşaqların sevimlisi “Buratino”, “Maşa” təmsil etdikləri nağıllardan parçalar nəql edib, şeirlər söyləyiblər. “Yay məktəbinin” fəal üzvü Aytac Vəlizadənin ifasında pianoda Qara Qarayevin “Altı uşaq pyesi”, Mircəfər Zəkizadə, Məryəm Əsədzadə və Aytac Vəlizadənin ifasında “O olmasın, bu olsun” operettasından parça səsləndirilib.

Kitabxananın əməkdaşı Leyla Mahmudovanın ifasında “Qoğal” rus nağılı və V. Suteyevin “Kim “myau” dedi?” nağılı əsasında hazırladığı kukla tamaşası nümayiş etdirilib. Nağıl qəhrəmanları ilə dostlaşmış fidanlar rəqs edib, şeir söyləyib, tapmacaları cavablandırıblar.

Sumqayıt şəhər Dənizkənarı Bulvarda əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Qubadlı rayon Mədəniyyət evi və Mahmudlu kənd Mədəniyyət evi birgə konsert təşkil edib. Tədbirdə özfəaliyyət kollektivlərinin təqdim etdiyi rəngarəng rəqslər, musiqilər, səhnəciklər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.