REGİONLAR


Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsində yeni reallığın tələbləri müzakirə olunub

Sumqayıt, 4 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisə rəhbərlərinin iştirakı ilə onlayn formatında keçirilən müşavirədə cari məsələlər müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, müşavirədə çıxış edən idarə rəisi Rəşad Əliyev bütün mədəniyyət işçilərini rəşadətli Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı böyük qələbə münasibətilə təbrik edib. Müharibə zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igid qəhrəmanlarımızın xatirəsi anılıb.

İdarə rəisi ölkə Prezidenti İlham Əliyevin Anım Günü və Zəfər Günü bayramlarının qeyd olunması ilə bağlı imzaladığı sərəncamlarına əsasən müvafiq bayram tədbirlərin keçirilməsini 2021-ci il iş planında xüsusilə əks olunmasını bildirib.

Rəşad Əliyev Mədəniyyət Nazirliyində yaradılan xüsusi islahat qrupunun məqsədi, fəaliyyəti haqqında da məlumat verib. O, hər bir müəssissə rəhbərini yeni reallığın tələblərinə uyğunlaşmağa - təşəbbüskar, kreativ ideyalarla çıxış edən, tapşırıq və tələblərə operativ və yüksək məsuliyyətlə yanaşmağa çağırıb.

Bütün dünyanı çənginə alan COVID-19 pandemiyasının mədəniyyət sahəsinə də təsirsiz ötüşmədiyini bildirən rəis bu dövrdə sosial mədəniyyət və sosial məsuliyyətin vacibliyini diqqətə çatdırıb. O, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə idarənin bütün mədəniyyət müəssisələrində mütəmadi olaraq zəruri tədbirlər görünməsini ciddi nəzarətdə saxlamasına dair müvafiq tapşırıq və tövsiyələri diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.