REGİONLAR


Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan rayonlarda kitab bayramı təşkil olunub

Sumqayıt, 17 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhərində təşkil olunan kitab bayramında iştirakçılara ümummilli lider Heydər Əliyevə, Azərbaycan tarixinə, Xalq Cümhuriyyətinə həsr olunmuş kitablar, o cümlədən müxtəlif elm sahələrini əhatə edən əsərlərdən ibarət sərgilər təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə ölkəmizdə keçirilən X ümumrespublika kitab bayramı çərçivəsində reallaşıb. Tədbirdə Sumqayıt şəhər Mərkəzi Kitabxana Sisteminin filialları, mədəniyyət və təhsil müəssisələri, Əli Kərim adına Poeziya klubu, ədəbi mühit və media nümayəndələri iştirak ediblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov sərgi ilə yaxından tanış olub və çıxış edərək bildirib ki, belə tədbirlərin təşkili kitab oxumağa diqqəti artırır, yeniyetmə və gənclərin mütaliə vərdişlərinin inkişaf etdirilməsində müstəsna rol oynayır.

İdarə rəisi bayram iştirakçılarını, kitabxanaçıları və oxucuları təbrik edib, onlara xoş arzularını çatdırıb.

Qeyd edək ki, bayram münasibətilə gün ərzində kitab sərgiləri ilə tanışlıq, ayrı-ayrı saatlarda tanınmış yazarlarla görüş, kitab təqdimatları, balaca oxucular üçün kukla teatrının tamaşası, əyləncəli viktorinalar təşkil edilib. Bayram iştirakçıları Şəhər Mədəniyyət Evinin “Xəzər ulduzları” rəqs qrupunun, “Narbala” kukla teatrının və ayrı-ayrı müğənnilərin çıxışlarını izləyib, ulu öndər Heydər Əliyevə, Azərbaycan Xalq Cümhuriyyətinə, kitaba həsr olunmuş kompozisiyaları izləyiblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Abşeron, Zəngilan, Qubadlı, Şuşa rayonunda da kitab bayramları keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.