REGİONLAR


Sumqayıt Rəsm Qalereyasında “İki cahan” sərgisi açılıb

Sumqayıt, 11 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Dövlət Rəsm Qalereyasında Azərbaycanın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "İki cahan” adlı sərginin açılışı olub. Tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi və Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova AZƏRTAC–a bildirib ki, sərgidə, ümumilikdə, uşaq və yeniyetmə gənclərin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş 51 əsəri nümayiş etdirilib.

Əməkdar incəsənət xadimi Vaqif Nəzirov, "Nəsimi” obrazının peşəkar yaradıcısı, rəssam Tofiq Əhmədov, yazıçı-ssenarist Hafiz İnamnəzərli və digər qonaqlar sərgi iştirakçılarını təbrik edib, xoş arzularını çatdırıblar.

Sumqayıt şəhər 26 saylı tam orta məktəbin şagirdlərinin səsləndirdiyi Nəsiminin qəzəlləri tədbirə xüsusi ovqat qatıb.

Bir neçə gün davam edən "İki cahan" adlı sərgidə iştirak edən şagirdlər fəxri fərmanlarla və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.