REGİONLAR


Sumqayıt Texnologiyalar Parkı yeni “STP Panel” brendini təqdim edir

Sumqayıt, 14 mart, AZƏRTAC

Sumqayıt Texnologiyalar Parkı mart ayından etibarən “STP Panel” brendi altında olan məhsulları bazara təqdim edir. Artıq müştərilər STP-nin sendviç panellər zavodunda istehsal olunan məhsulları yeni brend altında əldə edə biləcəklər.

“STP panel” brendi bir sıra məhsulları əhatə edəcək.

Bu brend əsasən sendviç panel, alüminium kompozit panel (alkopan), metal profilli dam örtükləri (profnastil), metal-kirəmit (çerepitsa) kimi məhsullar bu ticarət nişanı ilə bazara təqdim ediləcək.

STP panelin daş yun sendviç panelləri

STP Azərbaycanda ilk daş yun materialı ilə sendviç panel istehsal edən qurumdur. Son illərdə inşaat sektorunda daha qabaqcıl müasir texnoloji materiallardan istifadə olunur. İzolyasiyanın tələb olunduğu hər sahə üçün ən müasir material isə daş yunu hesab edilir. Daş yunu təbii vulkanik süxurlardan əldə edilir. 1600 dərəcə istiliyə məruz qalan material daha sonra sıxılaraq lazımi formaya salınır. STP sendviç panellərin istehsalı zamanı ən yüksək keyfiyyətə malik daş yun materiallarından istifadə edir. Bu tip sendviç panellər xüsusilə yanğın riski yüksək olan binalara təklif olunur. Həm fasad, həm arakəsmə divarlar, həmçinin də dam örtüyü üçün istifadəyə uyğundur.

STP panelin poliuretan sendviç panelləri

Poliuretan sendviç panellərin istehsalı zamanı yüksək keyfiyyətli izosionat, poliol, pentan və katalizator kimi xammallardan istifadə olunur. “STP panel” çox yüksək keyfiyyəti, əla istilik izolyasiyası, asan quraşdırılma və sökülmə qabiliyyəti, uzunömürlülüyü, yanğına və suya yüksək davamlılığı, səs izolyasiyası, korroziyaya davamlılıq kimi xüsusiyyətləri ilə seçilir. Demək olar ki, bütün iqlim zonalarında xarici divarlar və arakəsmə divarlar, həmçinin dam örtüyü üçün istifadə olunur. Ümumiyyətlə qeyd etmək lazımdır ki, “STP panel”in məhsulları öz rəqiblərindən nəzərəçarpacaq dərəcədə seçilir. Beş qabırğalı quruluşa malik olduğu üçün 600 kiloqrama qədər ağırlığa tab gətirir. Dözümlü metal lövhələrdən istifadə edildiyi üçün tikinti zamanı istifadə edilən metal konstruksiyada qənaətə səbəb olur.

Sifariş etmək üçün əlaqə saxlayın

STP Azərbaycanda fəaliyyət göstərən inşaat materiallarının satışını təşkil edən şirkətləri əməkdaşlığa dəvət edir. Sifarişçinin istəyinə uyğun qalınlıqda və rəngdə polad təbəqədən istifadə edən “STP panel” məhsullarını əldə etmək üçün [email protected] e-mail ünvanına yaza və ya *0990 qısa nömrəsinə zəng edə bilərsiniz. STP-nin potensialı müştərilərin sifarişini vaxtlı-vaxtında və yüksək keyfiyyətlə yerinə yetirməyə tam imkan verir.

2009-cu ildə qurulan STP 2014-cü ildən sendviç panel istehsal edir

Sumqayıt Texnologiyalar Parkı sendviç panellərin istehsalına 2014-сu ildən zavodun inşası ilə başlamışdır. İlk gündən yüksək keyfiyyətli məhsullar bazarda özünü doğrultmuş və sifarişçilərin tələbatını tam qarşılamağı bacarmışdır. Bütün bunlar müəssisədə quraşdırılmış Almaniya, Türkiyə, Cənubi Koreya, Çin kimi ölkələrin ən müasir avadanlığı hesabına əldə edilib.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda STP-də mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün geniş çeşiddə məhsullar istehsal edir. Kabel, polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.