Sumqayıt Tibb Mərkəzi aprel ayında göstərdiyi xidmətin sayını açıqlayıb
AzerTAg.az
Sumqayıt, 19 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Tibb Mərkəzi (STM) aprel ayı ərzində şəhər əhalisinə göstərilən xidmətlərin statistikasını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, aprel ayı ərzində STM-in tabeliyində olan tibb müəssisələrinə 104 min 255 ambulator müraciət edilib. Ümumilikdə isə 156 min 659 ambulator xidmət qeydə alınıb. Stasionar müraciət sayı isə 3801 olub, 78806 xidmət göstərilib.
STM-in tabeliyində olan xəstəxanalar arasında ən çox xidmət sayı 1 nömrəli Sumqayıt şəhər xəstəxanasında olub. Belə ki, həmin xəstəxanada şəhər əhalisinə 35017 xidmət göstərilib. Sumqayıt Uşaq Xəstəxanasında isə 30876 sayda xidmət olunub.
Ailə Sağlamlıq Mərkəzlərinə gəldikdə isə (ASM) ən çox tibbi xidmət 2 nömrəli ASM-də göstərilib. Sözügedən tibb müəssisəsində dislokasiya ərazisinə uyğun olaraq 10768 sayda xidmət göstərilib. 1 nömrəli ASM-də isə bu rəqəm 8674 təşkil edib.

Xəbərin mətnində orfoqrafik səhv var