REGİONLAR


“Sumqayıt” Türkiyədə üç yoxlama oyunu keçirəcək

Sumqayıt, 14 yanvar, AZƏRTAC

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt” futbol klubu intensiv məşqlər keçirir. Komandanın yoxlama oyunu üçün rəqibi artıq bəlli olub.

AZƏRTAC xəbər verir ki, “Gənclik şəhəri”nin təmsilçisi Polşanın “Yagelloniya” klubu ilə qarşılaşacaq. Matçın tarixi açıqlanmayıb.

Qeyd edək ki, “Sumqayıt”ın “Uypeşt”lə görüşü isə Macarıstan klubunda koronavirusa kütləvi yoluxma səbəbindən ləğv olunub.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, “Sumqayıt”ın Antalyada 3 yoxlama oyunu keçirməsi planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.